Nazarovun komandası səfərdə məğlub oldu
06.05.2023 , 16:21

Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi “Ersgebirge” 35-ci turda səfərdə “Duysburq”la qarşılaşıb.
Korner.az xəbər verie ki, Nazarovun komandası bu görüşdə məğlub olub – 0:3.
O, qarşılaşmanın iştirakçısı olmayıb və sonadək ehtiyatda qalıb.
“Ersgebirge” hazırda 43 xalla 20 kollektiv arasında 12-ci pillədə qərarlaşıb.
