Nazarovun komandası qəzaya düşdü
23.05.2020 , 16:00

Almaniyanın “Ersgebirge” klubu qəzaya düşüb.
Korner.az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun formasını geyindiyi komandanı II Bundesliqanın XXVII turunun “Nürnberq”lə səfər oyununa aparan avtobus yolda BMW markalı minik avtomobili ilə toqquşub.
Aue təmsilçisinin futbolçu və məşqçi heyətindən heç kim xəsarət almayıb. Komanda üzvləri qalan yolu başqa mikroavtobusla davam etdirib.
“Nürnberq” – “Ersgebirge” oyunu 1:1 hesabıyla başa çatıb. Komandanın yeganə qolunu Nazarov vurub.
