Futbol

Nazarovun komandası qələbə qazandı

14.05.2017 , 16:08

Almaniya II Bundesliqasında 33-cü turun oyunları keçirilib.
 

Korner.az-ın məlumatına görə,  yığmamızın üzvü Dimitri Nazarovun formasını geyindiyi “Aue” “Kayzerslautern” klubunu qəbul edib. 

Qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Millimizin üzvü bu oyuna start heyətində başlayıb və 90 dəqiqə meydanda olub.

“Aue” bu qələbə sayəsində II Bundesliqada qalmaq uğrunda mübarizədə böyük addım atıb. Domeniko Todeskonun rəhbərlik etiyi kollektiv 16-cı pillədəki “Münhen 1860” klubunu 3 xal qabalayır. “Aue” son turda “Fortuna”ya uduzmasa, II Bundesliqada qalacaq. 

“Aue” 39 xalla 18 komanda arasında 13-cü pillədə qərarlaşıb.

Son yazılar

Yuxarı