Nazarovun komandası öz meydanında uduzdu
09.11.2022 , 11:54

Almaniya 3-cü liqasında 16-cı turun oyunları keçirilir.
Korner.az xəbər verir ki, millimizin üzvü Dmitri Nazarovun formasını geyindiyi “Erzebirge” bu turda evdə “Duysburq”la qarşılaşıb və 0:2 hesabı ilə uduzub.
Nazarov görüşə ehtiyat oyunçular skamyasında başlayıb və 38-ci dəqiqədə meydana daxil olub. O, sonadək oynayıb.
Qeyd edək ki, “Erzebirge” hazırda 11 xalla 20 komanda arasında sonuncu pillədə qərarlaşıb.
