Almaniyanın “Ersebirge” klubu baş məşqçi Tomas Letşi istefaya göndərib. Bu barədə Azərbaycan milli komandasının futbolçusu Dmitri Nazarovun da şərəfini qoruduğu Aue təmsilçisinin rəsmi saytı məlumat yayıb.
İkinci Bundesliqada mübarizə aparan klub qarşılıqlı razılaşma əsasında 50 yaşlı mütəxəssisin 2020-ci ilə qədər olan müqaviləsinə xitam verib. Auelilər 24 turdan sonra 28 xalla 14-cü pillədə qərarlaşıblar.
