Nazarovun kamandası səfərdə uduzdu
06.04.2022 , 16:05

Azərbaycan millisinin üzvü Dmitri Nazarovun çıxış etdiyi “Ersgebirge” komandası II Bundesliqada XXI turdan təxirə salınmış oyununu keçirib.
Korner.az xəbər verir ki, Aue təmsilçisi səfərdə “Hamburq”la qarşılaşıb. Görüş meydan sahiblərinin 4:0 hesablı qələbəsiylə başa çatıb.
Nazarov da bu görüşün iştirakçısı olub. Start heyətdə yer alan yarımmüdafiəçi sona qədər meydanda qalıb.
“Ersgebirge” turnir cəvdəlində 19 xalla 17-ci sırada qərarlaşıb.
