Nazarovlu “Erzgebirge”dən heç-heçə
30.10.2022 , 12:13

Almaniya 3-cü liqasında 14-cü turun oyunları keçirilir.
Korner.az xəbər verir ki, millimizin üzvü Dmitri Nazarovun formasını geyindiyi “Erzgebirge” doğma meydanda “Elversberq”lə qarşılaşıb. Oyun 1:1 hesabı ilə başa çatıb.
Nazarov da bu görüşün iştirakçısı olub. O, 85-ci dəqiqədə meydana daxil olub.
Qeyd edək ki, “Erzebirge” 11 xalla (14 oyun) 20 komanda arasında sonuncu pillədə qərarlaşıb. Siyahıya 32 xalla (14 oyun) “Elversberq” başçılıq edir.
