Nazarovlu “Ersgebirge”dən xal itkisi
27.04.2021 , 16:48
Almaniya 2-ci Bundesliqasında 29-cu turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Dmitri Nazarovun şərəfini qoruduğu “Ersgebirge” səfərdə “Karlsrue” ilə qarşılaşıb. Aue təmsilçisi bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.
Nazarov da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 61-ci dəqiqədə əvəzlənib.
“Ersgebirge” hazırda 41 xalla 18 kollektiv arasında 10-cu pillədə qərarlaşıb.