Nazarovlu “Ersgebirge”dən qələbə
01.03.2020 , 12:27

Almaniya 2-ci Bundesliqasında 24-cü turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun çıxış etdiyi “Ersgebirge” “Hamburq”la qarşılaşıb. Aue təmsilçisi bu oyundan qələbə ilə ayrılıb – 3:0.
Nazarov da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 76-cı dəqiqədə əvəzlənib.
“Ersgebirge” 34 xalla 7-ci pillədə qərarlaşıb.
