Nazarovlu “Ersgebirge”dən qələbə
12.12.2022 , 12:40

Azərbaycan millisinin üzvü Dmitri Nazarovun formasını geyindiyi “Ersgebirge” yoxlama oyunu keçirib.
Korner.az xəbər verir ki, Almaniya təmsilçisi yerli “Halleşer” klubu ilə qarşılaşıb. Görüş “Ersgebirge” klubunun qələbəsiylə başa çatıb – 1:0.
Nazarov da bu görüşdə iştirak edib. O, start heyətdə meydana çıxıb və fasilədə əvəzlənib.
“Ersgebirge” Almaniya III liqasında mübarizə aparır.
