Nazarovlu “Ersgebirge”dən heç-heçə
22.02.2020 , 15:56

Almaniya II Bundesliqasında XXIII turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Dmitri Nazarovun formasını geyindiyi “Ersgebirge” səfərdə “Osnabryuk”la qarşılaşıb və bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.
Nazarov da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
“Ersgebirge” hazırda 31 xalla 8-ci pillədə qərarlaşıb.
