Nazarovlu “Ersgebirge”dən heç-heçə
15.10.2022 , 13:55

Almaniya III Liqasında XII turun oyunları keçirilir.
Korner.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Dmitri Nazarovun formasını geyindiyi “Erzgebirge” öz meydanında “Halleşer”lə heç-heçə edib – 1:1.
Nazarov start heyətdə meydana çıxıb və sonadək oynayıb. O, 77-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.
“Erzebirge” 10 xalla 20 komanda arasında 18-cidir.
