Nazarovlu “Ersgebirge”dən doğma meydanda qələbə
23.11.2020 , 17:33

Almaniya II Bundesliqasında VIII turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Dmitri Nazarovun formasını geyindiyi “Ersgebirge” doğma meydanda “Darmştadt”a qalib gəlib – 3:0.
Nazarov da bu matçın iştirakçısı olub. 90+1-ci dəqiqədə meydana buraxılan futbolçu iki dəqiqə sonra isə komandasının sonuncu qoluna imza atıb.
“Ersgebirge” 12 xalla 18 kollektiv arasında 7-ci pillədə qərarlaşıb.
