Nazarovlu “Ersgebirge”dən darmadağın
18.12.2020 , 16:20

Almaniya II Bundesliqasında XII turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi “Ersgebirge” doğma meydanda “Karlsrue”yə qalib gəlib – 4:1.
Nazarov da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 67-ci dəqiqədə əvəzlənib.
“Ersgebirge” hazırda 19 xalka 18 kollektiv arasında 6-cı pillədə qərarlaşıb.
