Nazarovlu “Ersgebirge” səfərdə məğlub oldu
11.01.2021 , 18:18
Almaniya II Bundesliqasında XV turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Dmitri Nazarovun çıxış etdiyi “Ersgebirge” səfərdə “Paderborn”a uduzub – 1:2.
Nazarov da bu matçın iştirakçısı olub. O, 84-cü dəqiqədə meydana buraxılıb.
“Ersgebirge” hazırda 22 xalla 18 kollektiv arasında 7-ci pillədə qərarlaşıb.Ğ