Nazarovlu “Ersgebirge” səfərdə məğlub oldu
15.06.2020 , 16:05

Almaniya II Bundesliqasında XXXI turun oyunları keçirilir.
Korner.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Dmitri Nazarovun çıxış etdiyi “Ersgebirge” səfərdə “Sankt Pauli”yə uduzub – 1:2.
Start heyətdə meydana çıxan Nazarov 66-cı dəqiqədə əvəzlənib.
Qeyd edək ki, “Ersgebirge” 41 xalla 9-cu pillədə qərarlaşıb.
