Futbol

Nazarovlu “Ersgebirge” mövsümü 7-ci pillədə başa vurdu

29.06.2020 , 16:41

Almaniya II Bundesliqasında 2019/20 mövsümünə yekun vurulub.

Korner.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Dmitri Nazarovun çıxış etdiyi “Ersgebirge” XXXIV turda səfərdə “Regensburq”a qalib gəlib – 2:1.

Nazarov da bu görüşün iştirakçısı olub. Start heyətində meydana çıxan oyunçu 90-cı dəqiqədə əvəzlənib.

“Ersgebirge” 47 xalla mövsümü 18 kollektiv arasında 7-ci pillədə başa vurub.

Son yazılar

Yuxarı