Nazarovlu “Ersgebirge” məğlub oldu
27.05.2020 , 16:04

Almaniya II Bundesliqasında XXVIII turun oyunları keçirilir.
Korner.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Dmitri Nazarovun çıxış etdiyi “Ersgebirge” evdə “Darmştadt”a 1:3 hesabı ilə uduzub.
Nazarov start heyətdə meydana çıxıb və 68-ci dəqiqədə əvəzlənib.
“Ersgebirge” 38 xalla 7-ci pillədə qərarlaşıb.
