Nazarovlu “Ersgebirge” doğma meydanda uduzdu
16.01.2021 , 20:34

Almaniya II Bundesliqasında XVI turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Dmitri Nazarovun çıxış etdiyi “Ersgebirge” doğma meydanda Düsseldorf “Fortuna”sına uduzub – 0:3.
Nazarov da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 81-ci dəqiqədə əvəzlənib.
“Ersgebirge” hazırda 22 xalla 18 kollektiv arasında 8-ci pillədə qərarlaşıb.
