Nazarovdan qol ötürməsi
11.02.2023 , 14:45

Almaniya 3-cü liqasında 22-ci turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi “Ersgebirge” doğma meydanda “Manhaym”la qarşılaşıb. 32 yaşlı hücumçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:1.
Nazarov da matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 90-cı dəqiqədə əvəzlənib. Nazarov komanda yoldaşı Omar Siyariçin 20-ci dəqiqə vurduğu qolun ötürməsini verib.
Qeyd edək ki, “Ersgebirge” hazırda 24 xalla 20 kollektiv arasında 14-cü pillədə qərarlaşıb.
