Nazarovdan qol, “Ersgebirge”dən qələbə
16.05.2020 , 19:04
Almaniya II Bundesliqasında 2019/2020 mövsümü bərpa olunub.
Korner.az verir ki, millimizin üzvü Dmitri Nazarovun çıxış etdiyi “Ersgebirge” 26-cı turda “Sandhausen”i qəbul edib. Oyun Aue təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. İlk qolu 5-ci dəqiqədə penaltidən D.Nazarov vurub.
“Ersgebirge” hazırda 37 xalla 5-ci pillədə qərarlaşıb.