Nazarovdan het-trik
10.05.2021 , 16:09

Almaniya II Bundesliqasında XXXII turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Dmitri Nazaovun formasını geyindiyi “Ersgebirge” öz meydanında “Paderborn”a uduzub – 3:8. Nazarov da bu matçın iştirakçısı olub. Start heyətdə meydana çıxan futbolçu 77-ci dəqiqədə əvəzlənib.
Komandasının bütün qolların da milli üzvü vurub. 1 və 4-cü dəqiqələrdə Aue təmsilçisini hesabda 2:0 önə keçirən topları vuran Nazarov bir də 56-cı dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirib.
Qeyd edək ki, “Ersgebirge” 41 xalla hazırda 18 komanda arasında 11-cidi.
