Nazarovdan cari mövsümdə 8-ci qol
17.02.2020 , 17:49

Almaniya 2-ci Bundesliqasında 22-ci turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun çıxış etdiyi “Ersgebirge” “Holştayn”la qarşılaşıb.
Aue təmsilçisi bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.
Nazarov da bu matçın iştirakçısı olub. O, 64-cü dəqiqədə meydana buraxılıb. Komandasının yeganə qolunu da Dmitri vurub. O, 70-ci dəqiqədə fərqlənməklə cari mövsümdə vurduğu qolların sayını 8-ə çatdırıb.
