Almaniya II Bundesliqasında 28-ci turun görüşləri keçirilir.
Korner.az-ın məlumatına görə, millimizin üzvü Dmitri Nazarovun formasını geyindiyi “Aue” klubu “1860 Münhen”i qəbul edib. Görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsiylə yekunlaşıb. Dmitri Nazarov oyunda dubla imza atıb. Millimizin futbolçusu 42 və 73-cü dəqiqələrdə penaltidən dəqiq yararlanıb.
“Aue” turnir cədvəlində 32 xalla 15-ci pillədədir. (sportal.az)
