Nazarovdan 2 qol
12.03.2023 , 12:33

Azərbaycan millisinin üzvü Dmitri Nazarovun formasını geyindiyi “Ersgebirge” Almaniya III liqasında növbəti oyununa çıxıb.
Korner.az xəbər verir ki, Aue təmsilçisi XXVI turda evdə “Essen”lə qarşılaşıb. Görüş “Ersgebirge”nin qələbəsiylə başa çatıb – 2:1.
Dmitri də bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan yarımmüdafiəçi 86-cı dəqiqədə əvəzlənib. Nazarov komandasının hər iki qolunu penaltidən vurub.
“Ersgebirge” 33 xalla 13-cü sıradadır.
