Nazarova yenə şans verilmədi
17.02.2019 , 13:59

Almaniya 2-ci Bundesliqasında 22-ci turun oyunları keçirilir.
Millimizin üzvü Dmitri Nazarovun formasını geyindiyi “Aue” səfərdə “Sankt Pauli”ni 2:1 hesabı ilə məğlub edib.
Nazarov sonadək ehtiyatda qalıb.
“Aue” 25 xalla çempionatın turnir cədvəlində 12-ci pillədə qərarlaşıb.
