Nazarov üçün 90 dəqiqə
29.01.2020 , 17:18

Almaniya II Bundesliqasında XIX turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun çıxış etdiyi “Ersgebirge” səfərdə “Vehen”ə uduzub – 0:1.
Nazarov da görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan futbolçu sonadək mübarizə aparıb.
“Ersgebirge” hazırda 29 xalla 6-cı pillədə qərarlaşıb.
