Nazarov üçün 60 dəqiqə və 1 xal
26.09.2020 , 16:03

Almaniyanın II Bundesliqasında II tura start verilib.
Korner.az xəbər verir ki, Azərbaycan millisinin üzvü olan Dmitri Nazarovun çıxış etdiyi “Erzgebirge” “Qroyter”i qəbul edib. Oyunda qalib müəyyənləşməyib – 1:1.
Nazarov da bu görüşün iştirakçısı olub. O, görüşə start heyətdə daxil olub və 60-cı dəqiqədə əvəzlənib.
“Erzgebirge” 2 turdan sonra 4 xalı var.
