Nazarov üçün 11 dəqiqə
08.11.2020 , 11:24

Almaniya II Bundesliqasında VII turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, Azərbaycan millisinin üzvü üzvü Dmitri Nazarovun çıxış etdiyi “Erzgebirge” səfərdə “Hannover”lə qarşılaşıb. Matç qolsuz bərabərliklə başa çatıb.
Nazarov da bu matçın iştirakçısı olub. O, 79-cu dəqiqədə meydana daxil olub.
“Erzgebirge” 9 xalla 18 komanda arasında 9-cu pillədə qərarlaşıb.
