Nazarov üçün 10 dəqiqə və 1 xal
25.02.2019 , 10:39

Almaniya II Bundesliqasında XXIII turun oyunları keçirilib. Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi “Ersgebirge” doğma meydanda “Duysburq”la qarşılaşıb və bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.
Nazarov da görüşün iştirakçısı olub. O, 80-ci dəqiqədə meydana buraxılıb. “Ersgebirge” hazırda 26 xalla 18 iştirakçı arasında 12-ci pillədə qərarlaşıb.
