Azərbaycan milli komandasının üzvü Dimitri Nazarov “Ersgebirge”nin heyətində növbəti qolunu vurub.
Korner.az-ın məlumatına görə, yarıımmüdafiəçi II Bundesliqanın 31-ci turunda “Vuerzburger”lə keçirilən matçın 10-cu dəqiqəsində penaltidən fərqlənib.
Qarşılaşma “Ersgebirge”nin 3 – 1 hesablı qələbəsiylə başa çatıb.
Qeyd edək ki, 27 yaşlı futbolçu bu mövsüm Aue təmsilçisinin heyətində 7-si penaltidən olmaqla 9 qol vurub.
31 turdan sonra aktivində 38 xal olan “Ersgebirge” turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.
