Nazarov qol vurdu, komandası qalib gəldi
24.04.2021 , 12:54

Almaniya II Bundesliqasında XXXI turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Dmitri Nazarovun formasını geyindiyi “Ersgebirge” səfərdə “Braunşveyq”ə qalib gəlib – 2:0.
Nazarov da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 84-cü dəqiqədə əvəzlənib. Komandasının ilk qolunu da 49-cu dəqiqədə Dmitri vurub.
31 turdan sonra 40 xala malik “Ersgebirge” 18 kollektiv arasında 10-cu pillədə qərarlaşıb.
