Nazarov qol vurdu, komandası heç-heçə etdi
30.04.2023 , 19:34
Almaniya 3-cü liqasında 34-cü turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun çıxış etdiyi “Ersgebirge” də doğma meydanda Köln “Viktoriya”sı ilə heç-heçə edib – 0:0.
Nazarov da bu matçın iştirakçısı olub. O, 67-ci dəqiqədə meydana buraxılıb. Komandasının yeganə qolunu da 82-ci dəqiqədə penaltidən dəqiq istifadə edən Dmitri vurub.
“Ersgebirge” hazırda 43 xalla 20 kollektiv arasında 11-ci pillədə qərarlaşıb.