Almaniya II Bundesliqasında 14-cü turun oyunları keçirilir.
Korner.az-ın məlumatına görə, millimizin üzvü Dmitri Nazarovun şərəfini qoruduğu "Karlsrue" doğma meydanda "Erzqebirge Aue"ni qəbul edib.
"Karlsrue" Nazarovun 74-cü dəqiqədə penaltidən vurduğu qol sayəsində 1:0 hesablı qələbə qazanıb. Nazarov meydanda start heyətində çıxıb və 81-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, "Karlsrue" 14 turdan sonra 23 xalla 6-xı pillədə qərarlaşıb.
Goal Nazarov – Karlsruhe 1-0 Aue – 23-11-2014 AlleTore
