Nazarov qələbəni kənardan izlədi
24.12.2018 , 09:10

Almaniya II Bundesliqasında 18-ci turun oyunları keçirilir.
Azərbaycan millisinin üzvü Dmitri Nazarovun formasını geyindiyi “Ersgebirge” doğma meydanda “Yunion Berlin”lə qarşılaşıb və bu matçdan qələbə ilə ayrılıb – 3:0.
Nazarov görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
“Ersgebirge” hazırda 22 xalla 18 iştirakçı arasında 12-ci pillədə qərarlaşıb.
