Almaniya II Bundesliqasında 25-ci turun oyunları keçirilir.
Korner.az-ın məlumatına görə, millimizin yarımmüdafiəçisi Dmitri Nazarovun çıxış etdiyi “Karlsrue” səfərdə “Düsseldorf”la qarşılaşıb.
Qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Nazarov ehtiyat oyunçular skamyasında yer alsa da, meydana daxil olmayıb.
Qeyd edək ki, “Karlsrue” hazırda 34 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.
