Almaniya ikinci Bundesliqasında 33-cü turun oyunları keçirilir.
Korner.az-ın məlumatına görə, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun komandası – “Karlsrue” də növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə Braunşveyq “Ayntraxt”ı ilə qarşılaşıb. Görüş “Karlsrue”nin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxan Nazarov 77-ci dəqiqədə əvəzlənib.
