Nazarov oynadı, komandası məğlub oldu
09.03.2020 , 17:34

Almaniya 2-ci Bundesliqasında 25-ci turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Dmitri Nazarovun çıxış etdiyi “Ersgebirge” səfərdə Drezden “Dinamo”su ilə qarşılaşıb. Aue təmsilçisi bu görüşdə məğlub olub – 1:2.
Nazarov da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 65-ci dəqiqədə əvəzlənib.
25 turdan sonra “Ersgebirge” 34 xalla 8-ci pillədə qərarlaşıb.
