Nazarov komandasını xilas edə bilmədi
02.04.2019 , 10:37

Almaniya II Bundesliqasında 27-ci turun görüşləri keçirlir.
Azərbaycan millisinin üzvü Dmitri Nazarovun çıxış etdiyi “Aue” klubu evdə “Dinamo Drezden”ə 1:3 hesabı ilə uduzub.
Nazarov 83-cü dəqiqədə – hesab 1:2 olarkən meydana daxil olub.
“Aue” II Bundesliqanın turnir cədvəlində 32 xalla 13-cü sırada qərarlaşıb.
