Almaniya 2-ci Bundesliqasında 31-cu turun oyunları keçirilir.
Korner.az-ın məlumatına görə, Azərbaycan millisinin üzvü Dimitri Nazarovun şərəfini qoruduğu “Karlsrue” də növbəti matçına çıxıb.
Adıçəkilən komanda səfərdə “Aue”nin qonağı olub. Qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxan Nazarov ilk hissədən sonra əvəzlənib. 45 dəqiqə meydanda olan Nazarov 21-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb.
