Nazarov dublla “Ersgebirge”yə qələbə qazandırdı
26.01.2019 , 12:24

Azərbaycan millisinin üzvü Dmitri Nazarovun formasıın geyindiyi Almaniyanın “Ersgebirge” klubu mövsümün ikinci hissəsinə hazırlıq çərçivəsində son yoxlama oyununu keçirib.
Aue təmsilçisi gücünü “Früstenvalde” önündə yoxlayıb. Qarşılaşma Nazarovun komandasının qələbəsiylə başa çatıb – 2:0. Hər iki qolu milli üzvü vurub. O, 24 və 48-ci dəqiqələrdə fərqlənib.
