Nazarov Almaniya klubunda qalacaq
07.04.2020 , 10:48

Millimizim futbolçusu Dmitri Nazarovun çıxış etdiyi “Erzgebirge”dəki taleyinə aydınlıq gəlib.
Korner.az-ın məlumatına görə, Aue təmsilçisi 30 yaşlı futbolçunu komandada saxlamaq qərarına gəlib.
Bildirilib ki, koronavirus səbəbindən yaranan böhrana baxmayaraq, Nazarov, Yan Xoşdayt, Paskal Testroet, Filipp Çulexnar, Klemes Fandriç və Filipp Rise komandada qalacaq.
Qeyd edək ki, millimizin üzvünün “Erzgebirge” ilə müqaviləsi 2023-cü ilin yayında başa çatır.
