İtaliya A Seriasında mübarizə aparan “Roma”nın futbolçusu Raca Naynqolan maraqlı açıqlamaları ilə yadda qalıb.
Korner.az-ın məlumatına görə, belçikalı oyunçu:
“Çelsi”nin baş məşqçisi Konte ilə danışmışam. “Çelsi” mənimlə çox maraqlanır və istəyir. Bu haqda başqa bir şey deyə bilmərəm. Günəşi mənə verin, mən də Premyer Liqaya gedim”.
28 yaşlı yarımmüdafiəçi “Roma”da xoşbəxt olduğunu deyib: “Premyer Liqa dünyanın ən yaxşı liqasıdı. Həyatımızda bəzən qərarlar verməliyik. Transfer dönəmində bu haqda daha açıq danışaram”.
Xatırladaq ki, Raca Naynqolan bu mövsüm “Roma” forması ilə 43 oyuna 12 qol vurub və 4 məhsuldar ötürmə edib.
