Futbol

Naycel de Yonqun yeni komandası məlum olub

06.01.2018 , 13:40

“Qalatasaray” klubundan ayrılan Naycel de Yonqun yeni komandası məlum olub.

Hollandiyalı futbolçu karyerasını Almaniya Bundesliqasında davam etdirəcək. Hollandiya millisinin sabiq üzvü “Maynts”la mövsümün sonuna kimi müqavilə imzalayıb.

33 yaşlı yarımmüdafiəçi “Qalatasaray”a 2016-cı ilin yayında ABŞ-ın “Los-Anceles Qalaksi” klubundan transfer olmuşdu. O, “cim bom”un heyətində meydana çıxdığı 18 qarşılaşmada 1 qol vurub.

Son yazılar

Yuxarı