"Araz Naxçıvan"ın "Nəqşicahan" fan klubun Birinci divizionun son turunun "Neftçala"-"Araz Naxçıvan" matçının hakimi Fariz Yusifovun səhvinə rəsmi etiraz edib.
Korner.az-ın məlumatına görə, fan klub bu məsələ ilə bağlı bəyanat yayıb.
Bildiyimiz kimi 15 dekabrda Bayıl Arenada "Neftçala" – "Araz-Naxçıvan" matçı baş tutdu. Oyundan xüsusi bir nüansı diqqətinizə çatdırıram. Son hücumlarımızın birində "Neftçala" futbolçularından biri zədələndi. Elə bu vaxt nominal meydan sahibləri əvəzetmə etdilər və 4 nömrəli futbolçuları olan Orxan Məmmədov oyuna girdi. Ancaq onun əvəzlədiyi 7 nömrəli futbolçu Nakim Vəliyev meydanı tərk etmədi bu an. Bu dəyişiklik haqqında hətta stadionda elan da verilmişdi. Videoreportaja baxanda aydın və dəqiq məlum olur ki, Nakim Vəliyev 1 dəqiqə 20 saniyə oyunda olub. Bu barədə əlimizdə video və fotofaktlar var. "Nəqşicahan" AAK olaraq buna etiraz edirik, Sabah bu haqda PFL-ə məlumat verəcəyik. Xaqani Məmmədov cənablarına da bildirirk ki, hakimlərinə danışıq tərzi və oyunu idarə etməyi öyrətsin.
