Naxçıvanda hakimlər üçün təlimlər keçirildi
06.11.2022 , 11:00

Naxçıvan Gənclər və İdman Nazirliyi, Naxçıvan Futbol Federasiyası təşkilatçılığı ilə Muxtar Respublikada hakimlər üçün təlimlər təşkil olunub.
Korner.az-ın məlumatına görə, təlimlər AFFA Hakimlər Komitəsinin Təhsil qrupunun rəhbəri Anar Salmanov tərəfindən həyata keçirilib.
Təlimlərin keçirilməsində məqsəd Naxçıvanda fəaliyyət göstərən hakimlərin nəzəri və praktiki biliklərini gücləndirməkdir.
