Naxçıvanda futbol festivalı
30.09.2022 , 18:07

UEFA nın grassroots həftəsi çərçivəsində növbəti futbol festivalı Naxçıvanda keçirilmişdir.
Korner.az xəbər verir ki, AFFA nın təşkilatçılığı NFF və Araz Naxçıvan PFK nun dəstəyi ilə Naxçıvan Muxtar respublikasında keçirilən futbol festivalında 80 uşaq iştirak edib.
Əyləncəli futbol oyunları ilə keçirilən festivalda 11-12-13-14 yaş uşaqlar iştirak edib.
Festivaldan sonra uşaqlara toplar və hədiyyələr təqdim edilib.
Hədiyyələri NFF sədri Vüqar Abbasov, AFFA nın Kütləvi Futbol departamentinin rəhbəri Fərrux İsmayılov, NFF sədr müavini Sakit RZAYEV, Araz Naxçıvan İdarə Heyətinin üzvləri Tural Hüseynalıyev və Hümbət Qəhrəmanov, Araz-Naxçıvan baş məşqçisi Azər Bağırov, Araz Naxçıvan akademiyasının direktoru Adil Şükürov və Cahan Holdinq aparat rəhbəri Azər Cəfərov təqdim ediblər.
