Naxçıvanda danışılmış oyunlarla bağlı toplantı
30.10.2022 , 10:48

Keçən həftə AFFA- da “Danışılmış oyunlar”a qarşı məsul şəxslər üçün seminar keçirilərək futbol yarışlarında nəticələrin manipulyasiya hallarına qarşı mübarizə aparılması AFFA-nın əsas fəaliyyət istiqamətlərindən biri kimi qeyd edilib.
Korner.az xəbər verir ki, bununla bağlı bu gün Naxçıvan Futbol Federasiyası l divizionda yarışan Araz-Naxçıvan klubunun heyəti ilə ümumi toplantı keçirib.
Maarifləndirici məlumatlar verilib və əhəmiyyətli məsələlər müzakirə olunub.
Yığıncaqda NFF-nin sədr müavini Sakit Rzayev və Araz -Naxcıvan klubunun baş məşqçisi Azər Bağırov iştirak edib.
