Naxçıvan Muxtar Respublikasında yenidən peşəkar futbol klubu fəaliyyətə başlayacağı haqda sizə öncədən məlumat vermişdik.
Korner.az–ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, "Araz" adı ilə Naxçıvanı təmsil edəcək kluba təyin olunacaq yeni baş məşqçinin adı da məlumdu. Bu təcrübəli mütəxəssis, son iş yeri "Turan" olan Əsgər Abdullayevdi. Yeni mövsümdən birinci divizionda mübarizə aparacaq klubun iddiaları böyükdü. "Araz" ev oyunlarını Naxçıvanda yerləşən 12 minlik stadionda keçirəcək.
Bununla bağlı növbəti özəl xəbərlər isə saytımızda yerləşdiriləcək. Bizi izləyin.