Navas İtaliya klubuna keçdi
29.07.2024 , 18:18

Keylor Navasın yeni klubu məlum
olub.
Korner.az xəbər verir ki, 37 yaşlı qolkiper karyerasını İtaliyada davam etdirəcək.
Təcrübəli qapıçı sözügedən ölkənin “Monza” klubuna keçib.
Tərəflər arasında artıq razılaşma əldə olunub. Transferin yaxın günlərdə rəsmən açıqlanacağı gözlənilir.
Xatırladaq ki, Navas mövsümün sonunda PSJ-dən ayrılmışdı.
